Sabirabadda uşaq-futbol məktəbi fəaliyyətə başladı
Böyük uğurlara imza atmış Sabirabadın futbol tarixi ötən əsrin ortalarına təsadüf edir. Sabirabadın futbol komandası 1936- cı ildə SSR Pambıqçılıq zavodları arasında keçirilən müsabiqədə çempion olub, 1957-ci ildə isə Azərbaycan Respublikası bölgələri arasında keçirilən yarışın finalında güclü Ağdam komandasını final mərhələsində məğlub edib. İllər sonra 1970 -ci ildə “Qızıl Sünbül” kubokunun sahibi olub. 1986- cı ildə yenidən futbol üzrə Azərbaycan Respublika kubokunun sahibi olub və 3 il sonra yeni yaradılmış “İnşaatçı” komandasıyla təmsil olunan Sabirabad 1989 cu ildə futbol üzrə Azərbaycan Respublika çempionu adını qazanıb . Təəsüf ki , 4 il aradan sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Respublika çempoianatının final görüşündə Ağdamın “Qarabağ” komandasına əlavə vaxtda 2:1 hesabı ilə məğlub olaraq 2 ci yer ilə kifayətlənməli olub .
“İnşaatçılar” komandası bir neçə tikinti kombinatının sponsorluğu ilə fəaliyyət göstərib. Komandanın heyəti yerli futbolçulardan ibarət olub. Maliyyə böhranı, tikinti kombinatlarının dağılması bu klubun da fəaliyyətini dayandırmağa məcbur edib.
Müstəqillik dövündə 1993-cü ildə “İnşaatçılar” komandası fəaliyyətini dayandırdığı üçün Sabirabad bir neçə il futbolsuz qalıb. Bununla da rayon uzun müddət futbolsuzluqdan əziyyət çəkib. “İnşaatçılar” komandasının baş məşqçisi Şakir Qəribov ilk məşqçi karyerasına burada başlayıb. O, Sabirabad futbolunun yetirməsi olub.
Qəribovdan başqa Sabirabad futbolunun bir çox tanınmış futbolçuları olub. Onlardan Hüseynağa Kərimov (vəfat edib), Ruslan Həbibov, Rasim Abuşov, Hikmət Əliyev, Usubəli Abuşov kimi tanınmış simalar Azərbaycan futboluna xidmət edib.
Rayonda 1990-cı illərin sonunda “Suqovuşanı” və 2003-cü ildən 2006-cı ilə kimi “Muğan” klubu fəaliyyət göstərib.
Bu ildən isə rayonda futbol ənənələri "Marafon Sabirabad" komandası sayəsində yenidən canlanır.
Belə ki, Sabirabadda bu klubun nəzdində uşaq-futbol məktəbi yaradılıb.
Futbol məktəbinə 6-15 yaş arası uşaqlar qəbul edilir.
Qeyd edək ki, "Marafon Sabirabad" komandası 2015-ci ildə yaradılıb.
Komandanın əsas məqsədi yeni mövsümdən etibarən Region Liqasında çıxış etməkdi.





